Bütün xəbərlər
Buzlaqda balıqçıların xilas edilməsinin videosu ortaya çıxıb
Tarix: 12-02-2025 10:06 | Bölmə: Sosial

Saxalində Oxot dənizində qırılan buz üzərində sürüklənən balıqçıların təxliyəsi üçün xilasetmə əməliyyatı aparılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüntüləri Rusiya Fövqəladə Hallar Nazirliyi öz Telegram kanalında yayıb.
Əməliyyat "Mi-8" helikopteri və “Xivus” hava gəmisi vasitəsilə həyata keçirilib. Ümumilikdə 300-ə yaxın balıqçı buz üzərində sürünürdü. Xilasedicilərin sözlərinə görə, hamı sahilə daşınmağa razı olmayıb.
Xilasedicilər 44-ü helikopterlə olmaqla 109 nəfəri təxliyə ediblər.
Balıqçılar Malki kəndindən Dolinka çayının mənsəbinə qədər əmələ gələn 10 metrlik çatdan sonra özlərini buz parçasının üzərində görüblər.



Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər
18-02-2025, 11:36 8 “KamAZ” yanıb