Bütün xəbərlər
Səhiyyə Nazirliyi tibb fakültəsinin məzunlarının cərimələnməsini təklif edib
Tarix: 07-02-2025 13:19 | Bölmə: Sosial

Tibb universitetlərinin məzunlarından icbari tibbi sığorta sisteminin təşkilatlarında təlim keçmək tələb oluna və bundan imtina etdiklərinə görə cərimə oluna bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq təklif Rusiya Səhiyyə Nazirliyi tərəfindən “Rusiya Federasiyasında təhsil haqqında” qanuna dəyişiklik layihəsində irəli sürülüb.
İdarədən  verilən məlumata görə, dəyişikliklərin məqsədi ixtisaslı mütəxəssislərin köməyi ilə səhiyyənin səmərəliliyinin artırılması və onların hazırlanması sisteminin təkmilləşdirilməsidir.
Belə ki, büdcə əsasında təhsil alan ali və orta ixtisas tibb təhsili müəssisələrinin tələbələri təhsilini başa vurduqdan sonra icbari tibbi sığorta sisteminin tibb müəssisələrində azı üç il işləməli olacaqlar. Məqsədli müqavilə ilə təhsil almış şəxslər yalnız həmin sifarişçi ilə yeni müqavilə bağladıqları halda rezidenturada təhsillərini davam etdirə biləcəklər.
Məzunlar işdən imtina edərlərsə, cərimələnəcəklər. Cərimənin məbləği dövlətin və ya sifarişçinin tələbənin təhsilinə xərclədiyi məbləğin iki qatına bərabər olacaq.
Bununla belə, Səhiyyə Nazirliyi qeyd edib ki, qanun layihəsində məzunların region və iş yerini müstəqil seçmək imkanı nəzərdə tutulub. Əsas odur ki, orada vakant yerlər var.
Səhiyyə Nazirliyinin daha əvvəl bildirdiyi kimi, ötən il təcili tibbi yardım işçilərinin maaşları orta hesabla 12% artıb.



Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər
28-01-2025, 10:24 Buz keçidi açılıb