Bütün xəbərlər
Əliyev Ukraynaya bir milyon dollar dəyərində elektrik avadanlıqları ayırmaq qərarına gəlib
Tarix: 05-02-2025 21:41 | Bölmə: Sosial

Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım göstərmək üçün ölkənin Energetika Nazirliyinə 1 milyon dollar ayırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub.
Bu sənədə əsasən, ayrılan vəsait humanitar yardım çərçivəsində Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının alınması və Ukraynaya göndərilməsi üçün nəzərdə tutulub.
Onu da qeyd edək ki, 2023-cü ilin iyul ayında İlham Əliyev analoji məqsədlər üçün, o cümlədən elektrik avadanlıqlarının alınması və Ukraynaya göndərilməsi üçün Energetika Nazirliyinə manat ekvivalentində artıq 7,6 milyon dollar ayırıb.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər