12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
2 iti qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 01-02-2025 15:55 | Bölmə: Sosial

Leninqrad vilayətində polis Kudrovoda iki çixuaxua itinin qaçırılmasında şübhəli bilinən şəxsi saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
Yanvarın 28-də 56 yaşlı qadın polisə müraciət edərək naməlum şəxsin qızına məxsus mənzilə soxularaq 2 iti və şəxsi əşyalarını oğurladığını bildirib.
"Maddi ziyan 142 min rubl təşkil edib", - polisdən bildiriblər.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinin ("Evə qanunsuz daxil olmaqla oğurluq")3-cü hissəsinin “a” bəndi ilə cinayət işi başlanıb.
Yanvarın 30-da bir neçə dəfə məhkum olunmuş 37 yaşlı qadın saxlanılıb.
"Ev heyvanları tapılaraq sahiblərinə təhvil verilib", - idarədən bildiriblər.



Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər
16-02-2026, 15:19 10 canavar qeydə alınıb