Bütün xəbərlər
Polşa Qazaxıstandan gələn maye qazı olan 100-dən çox çənin keçməsinə icazə vermədi
Tarix: 27-01-2025 22:32 | Bölmə: Sosial

Belarus-Polşa sərhədində Qazaxıstandan gələn maye qazı olan 100-dən çox çən ilişib. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "TVP İnfo" məlumat yayıb. Gecikmə artıq ölkədə ixtisaslaşmış dəmir yolu vaqonlarının qıtlığına səbəb olub.
Qıtlıq qazın həm Qazaxıstan daxilində, həm də beynəlxalq marşrutlarla nəqlini çətinləşdirib.
“Qatarlar Brest-Mərkəzi, Brest-Vostochnı və Baranoviç-Mərkəzi stansiyalarında toplanır”, - nəşr yazır.
Polşa gömrük rəsmiləri mavi yanacağın Rusiyada deyil, Qazaxıstanda hasil edildiyi və istehsal edildiyi barədə əlavə sənədli təsdiq istəyir.
Bundan əvvəl Aleksandr Lukaşenko sərhəddəki vəziyyəti şərh edib.O, növbələrlə bağlı vəziyyəti şərh edərək, Polşaya bütün keçid məntəqələrini bağlamağı təklif edib.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər