Bütün xəbərlər
Uşağa işgəncə verən ögey ata hökm oxunub
Tarix: 17-01-2025 10:46 | Bölmə: Sosial

Maqadan vilayətində məhkəmə rayon sakinini 13 yaşlı ögey oğluna işgəncə verməkdə, habelə onu öldürməklə hədələməkdə təqsirli bilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həmin şəxs 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi məlumat yayıb.
"İstintaqın müəyyən etdiyi kimi, 37 yaşlı təqsirləndirilən şəxs Tenkinski rayonunun Ust-Omçuq kəndinin Mira küçəsindəki mənzildə qayınanası (sonra arvadı) və uşağı ilə birlikdə yaşayıb. 2023-cü ilin may ayından 2024-cü ilin iyununda həmin şəxs mütəmadi olaraq uşağı döyərək təhqir edib, fiziki ağrı və ruhi əzab verib”, - məlumatda deyilir.
Uşağın nənəsi ananın valideynlik hüququndan məhrum edilməsi, həmçinin alimentin tutulması üçün məhkəməyə müraciət edib.Təqsirləndirilən şəxs uşağı qorxutmağa və onu öldürməklə hədələməyə davam edib.
Nəticədə oğlan anasının əlindən alınıb, nənəsi isə himayəyə götürüb.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər