19:43 / 06-02-2025
Samir Nuriyev iclas keçirdi
Bütün xəbərlər
Tapılan şübhəli qutuda kağız olub
Tarix: 16-01-2025 15:59 | Bölmə: Sosial

Moskvanın mərkəzində Myasnitskaya küçəsinin bağlanmasına səbəb olan şübhəli qutuda yalnız kağız olduğu aşkarlanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Obyekt Lubyanka meydanı ərazisində aşkar edilib. Təhlükəsizlik məqsədi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları küçəni bağlayıb və yaxınlıqda yanğınsöndürən briqadaları çağırıblar. Hələlik piyadaların və mülki avtomobillərin hadisə yerinə yaxınlaşmasına icazə verilmir.
Bundan əvvəl Rostov vilayətində qatarın təkərlərində şübhəli əşyaların olması barədə məlumatlar yayılmışdı. Onlar dəmiryol relslərində patrul xidməti apararkən görüntüləniblər. Tapıntı istehkamçılar tərəfindən çıxarılıb.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər
28-01-2025, 10:24 Buz keçidi açılıb
25-01-2025, 23:15 Lotereyada milyon qazandı
25-01-2025, 09:58 Məktəb binası yanıb