19:43 / 06-02-2025
Samir Nuriyev iclas keçirdi
Bütün xəbərlər
Qar uçqunu səbəbindən əlil uşağa təcili yardım maşını çata bilməyib
Tarix: 04-01-2025 22:26 | Bölmə: Sosial

Novqorod vilayətində küçə qardan təmizlənmədiyi üçün təcili yardım maşını əlil uşağa çata bilməyib. Nəticədə uşaq reanimasiyaya yerləşdirilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə barədə vilayət prokurorluğu məlumat yayıb.
Novqorodun Boroviçi şəhərində yaşayan epilepsiya xəstəsi uşağın köməyə ehtiyacı olub. Yerli kommunal xidmət işçiləri küçədəki qarı təmizləmədiyi üçün təcili yardım maşını xəstəyə çata bilməyib.
"İlkin məlumatlara görə, Boroviçdə təcili tibbi yardım həkimləri yolun təmizlənməməsi səbəbindən epilepsiya tutmasını vaxtında dayandıra bilməyib", - deyə, idarənin məlumatında qeyd olunub.
Uşaq reanimasiyada qalır. Hadisə ilə bağlı prokurorluq və İstintaq Komitəsinin rayon şöbəsi araşdırmalara başlayıb.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər
28-01-2025, 10:24 Buz keçidi açılıb
25-01-2025, 23:15 Lotereyada milyon qazandı
25-01-2025, 09:58 Məktəb binası yanıb