Bütün xəbərlər
Türkiyənin əsas pivə istehsalçısı "Anadolu Efes"in səhmləri Putinin fərmanından sonra 9,98% ucuzlaşıb
Tarix: 30-12-2024 23:29 | Bölmə: Sosial

İstanbul Fond Birjasının (Borsa İstanbul) məlumatına görə, Türkiyənin əsas pivə istehsalçısı "Anadolu Efes"in səhmləri Rusiyadakı aktivlərinin xarici idarəetmə altında olan "AB InBev Efes"ə verilməsindən sonra təxminən 10% ucuzlaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qiymətli kağızların dəyərinin düşməsi təxminən Moskva vaxtı ilə saat 17.20-də Rusiya prezidenti Vladimir Putinin fərman imzaladığı məlum olanda başlayıb. Ticarətin sonuna səhmlər 9,98% ucuzlaşaraq 212,8 lirəyə düşüb.
Anadolu Efes şirkətin internet saytında verilən məlumata görə, istehsal həcminə görə Türkiyənin ən böyük pivə istehsalçısı, dünyada isə onuncu pivə istehsalçısıdır.
Bundan əvvəl Putin AB InBev Efes-in 15,8 milyard adi və 92,9 milyard imtiyazlı səhmlərini almış pivə istehsalı şirkətinin "AB InBev Efes" ASC-nin Vmeste şirkətlər qrupunun xarici idarəçiliyinə verilməsini nəzərdə tutan fərman imzalayıb. Rusiyada bu pivə istehsalı biznesinin brendləri arasında Bud, Hoegaarden, Stella Artois, Löwenbräu, Klinskoye, Sibirskaya Korona və T.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər