Bütün xəbərlər
Ticarət mərkəzində baş verən partlayışdan sonra valideynlər övladlarını kütləvi şəkildə məktəblərdən çıxarıblar
Tarix: 25-12-2024 13:00 | Bölmə: Sosial

Şimali Osetiya sakinləri Vladiqafqazda ticarət mərkəzində baş verən partlayışdan sonra uşaqları kütləvi şəkildə məktəb və uşaq bağçalarından çıxarmağa başlayıblar, bu barədə respublika rəhbəri Sergey Menyailo bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  o, vətəndaşları panikaya düşməməyə çağırıb.
“Bizə məlumat daxil olur ki, respublika sakinləri uşaqları kütləvi şəkildə məktəbdən və uşaq bağçalarından çıxarır”.
Respublika başçısı vurğulayıb ki, rayonda yeni fövqəladə hallar qeydə alınmayıb. Eyni zamanda, o, binanın qazlaşdırılmadığını qeyd edərək, qaz partlayışı versiyasını istisna edib.
Menyailonun sözlərinə görə, hazırda hadisənin bütün halları müəyyən edilir.
Dekabrın 25-də səhər saatlarında Vladiqafqazda “Alania Mall” ticarət mərkəzində partlayış baş verib. Bundan sonra yanğın 800 kvadratmetr ərazini əhatə edib. Bir nəfər ölüb.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər