Bütün xəbərlər
Almaniya səfiri: "Berlin Gürcüstanda 237 milyon avroluq layihələri dayandırıb"
Tarix: 23-12-2024 23:23 | Bölmə: Sosial

Almaniya Gürcüstanda 237 milyon avro dəyərində olan layihələri ölkənin Avropa İttifaqına istiqamətli kursunu dəyişməsi və etirazların yatırılmasına görə dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın Tbilisidəki səfiri Peter Fişer X sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Dondurulmuş layihələrin dəyəri 237 milyon avro qiymətləndirilir.
“Svenja Schulze və (onun) İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Gürcüstanın Aİ yolundan dönməsinə və etirazların yatırılmasına reaksiya verir”, - diplomat bildirib.
Səfirlik aydınlaşdırıb ki, “Batuminin yaşıl hidrogen, enerji şəbəkəsi və su infrastrukturu”nun maliyyələşdirilməsi dayandırılıb. Eyni zamanda vətəndaş cəmiyyətinin dəstəyi qalır.
Bundan əvvəl Avropa Komissiyasının Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimin dayandırılması ilə bağlı rəsmi təkliflə çıxış etdiyi bildirilib.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər