Tarix: 20-12-2024 15:23 | Bölmə: Sosial
Azərbaycan Dillər Universitetində təhsil üzrə ekspert, təlimçi Anar Məmmədovun "5 mühüm səriştə" adlı təlimi təşkil olundu. Təlimçi Anar Məmmədov magistrantlarla görüşdə bilik və bacarıqların inkişafı ilə bağlı çoxsaylı vacib məqamları qeyd edərək, öyrəndiklərinin keçmişdə faydalı olsa da, bu gün artıq elektron cəmiyyətdə kifayət qədər faydalı olmadığını bildirdi və özünü ifadə etmə” bacarığının mahiyyətindən bəhs etdi. Təlimdə həmçinin əmək bazarında tələb olunan səriştə və bacarıqlar barədə geniş müzakirə apararaq, hard skills (fundamental biliklər) və soft skills (yumuşaq bacarıqlar) arasındakı fərqlərə toxundu,həmçinin akademik biliklərlə əmək bazarındakı tələblərin necə uyğunlaşdırılması barədə tövsiyələr verdi. Yumuşaq bacarıqların iş mühitinə uyğunlaşmaq, stressə dayanıqlı olmaq və davamlılığı artırmaq kimi vacib bacarıqlar olduğunu bildirdi
Anar Məmmədov, tələbələrə həyatlarını daha məqsədli şəkildə qurmaq üçün "Stoisizm" əsərini oxumağı tövsiyə etdi və zamanın xüsusiyyətlərindən də bəhs etdi. Zamanın dayandırıla, idarə oluna, sürətləndirilə, geri qaytarıla və ya gecikdirilə bilməyəcəyini qeyd edərək, biliyin yalnız əminlik yaratdığını, ancaq bu əminliyin təhlükəli ola biləcəyini vurğuladı. Təlimçi Anar Məmmədov, 3 saat davam edən təlimin sonunda magistrantların öyrəndiklərini praktikada tətbiq etməsi üçün praktiki test keçirərək, onların qazandıqları səriştələrin yoxlanılmasına və möhkəmləndirilməsinə imkan yaratdı.Təlimin məqsədi tələbələrin nəzəri biliklərinin praktiki bacarığa çevrilməsini, təhsil prosesində sadəcə məlumat öyrənmənin kifayət etmədiyini və bu məlumatların əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı, həmçinin təlim fəaliyyətinin magistrantların peşəkar inkişafı baxımından töhfəsidir. Təlim öyrənmə prosesinin interaktivliyinə və təcrübəyə əsaslanan yanaşmanın vacibliyinə istiqamətlənərək, magistrantları aktiv şəkildə müzakirələrə qoşulmağa, öz düzgün yanaşmalarını ifadə etməyə və nəzəri bilikləri praktik tapşırıqlarla yerinə yetirməyə istiqamətləndirdi təlimçi Anar Məmmədov, tələbələrə hər zaman inkişaf etməyə, həm nəzəri, həm də praktiki bilikləri öyrənərək gələcəyin əmək bazarına uyğunlaşmağa çağırdılar. Həmçinin, zamanın və səriştələrin əhəmiyyəti, əmək bazarının tələbləri və gələcəkdəki imkanlar haqqında geniş fikir mübadiləsi aparıldı.
Sabaha-inamla.azBaxış sayı: 54
Bölməyə aid digər xəbərlər