Bütün xəbərlər
Diplomat Popov: "Fransada məktəblərdəki yeniliklərdən narazılıq artır"
Tarix: 18-12-2024 00:13 | Bölmə: Sosial

Fransada yerli məktəblərdə tətbiq edilən yeniliklərdən narazı olanların sayı getdikcə artır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Aleksey Popov “Rossiya” telekanalında danışıb.
Ənənəvi dəyərləri bölüşən əcnəbilər üçün Rusiyada müvəqqəti yaşamaq üçün xüsusi icazələr mövcuddur. Artıq 20 Fransa vətəndaşı belə viza alıb. Hazırda daha çox müraciət gözlənilir.
“50-yə yaxın müraciət daxil olub, insanlar maraqlanır və ümumilikdə görünən odur ki, Fransada Avropa ölkələrində tətbiq edilən yeniliklərdən, ilk növbədə, məktəb təhsilində narazılıq ildən-ilə artır”, - Popov deyib.
Bundan əvvəl 85 yaşlı Almaniya sakininin oğlu ilə birlikdə Berlindən Velikiy Novqoroda köçdüyü bildirilirdi.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər