Bütün xəbərlər
Xəstəxanaya yerləşdirilən məktəbli qızlar validol iyləyiblər
Tarix: 02-12-2024 19:57 | Bölmə: Sosial

Şimali Osetiyada dörd şagird validol iylədikdən sonra məktəbdən dərhal xəstəxanaya yerləşdirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlardan biri kapsulları karandaşın içində gizlədib dostları üçün məktəbə gətirib.
Hadisə Çermen şəhərindəki 2 saylı məktəbdə baş verib. Riyaziyyat dərsi zamanı 11 yaşlı beş qız özünü pis hiss edib.
Sonradan məlum olub ki, məktəbli qızlar onlardan birinin məktəbə gətirdiyi, karandaşın içinə gizlədilmiş validol kapsullarını iyləyiblər.
Uşaqların vəziyyəti orta-ağır olaraq kardiologiya şöbəsinə yerləşdirilib.
Rusiya Federasiyasının Regional İstintaq İdarəsi bildirib ki, hadisə ilə bağlı araşdırma başlayıb.
Bundan əvvəl Şimali Osetiyanın təhsil naziri Ella Əlibekova bildirmişdi ki, 5-ci sinif şagirdləri plastik karandaşın iyindən xəstələniblər.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu