Bütün xəbərlər
Dövlət Duması məktəblilərin yükünü azaltmaq üçün dərslərin sayının azaldılmasını təklif edib
Tarix: 01-12-2024 11:36 | Bölmə: Sosial

Gündəlik dərslərin sayının azaldılması biliyin keyfiyyətinə xələl gətirmədən məktəblilərin yükünü azalda bilər, Dövlət Dumasının Təhsil üzrə Komitəsinin rəhbərinin birinci müavini Yana Lantratova deyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin Təhsil Komitəsinə müəllimlər, valideynlər və ekspertlərlə şagirdlərin dərs yükünün azaldılması məsələsini müzakirə etməyi tapşırmışdı. Volodinin sözlərinə görə, müzakirəyə müvafiq naziri də dəvət etmək lazımdır.
Lantratovanın sözlərinə görə, əsas problemlərdən biri təhsil proqramının “çox vaxt tələbələrin fiziki və emosional rifahını unudaraq, yalnız akademik nailiyyətlərə yönəldilməsidir".
"Tədris proqramlarını optimallaşdırmaq lazımdır ki, onlar uşaqların yaş xüsusiyyətlərini və onların fizioloji ehtiyaclarını nəzərə alsın", - Lantratova TASS-a bildirib.
Onun sözlərinə görə, məktəblərdə dərsdənkənar fəaliyyətlərə diqqət artırılmalıdır. Beləliklə, deputat əmindir ki, məktəblilərin müxtəlif dərnək və seksiyalarda iştirak etmələri üçün şəraitin yaradılması vacibdir.
"Ev tapşırığına yanaşmanı yenidən nəzərdən keçirməyə dəyər, onlar böyük həcmdə işi mexaniki şəkildə yerinə yetirməyə deyil, materialı birləşdirməyə yönəldilməlidir" deyib.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu