Bütün xəbərlər
SHOT: Qasırğa nəticəsində dörd nəfər xəsarət alıb
Tarix: 21-11-2024 22:14 | Bölmə: Sosial

SHOT Telegram kanalı xəbər verir ki, Moskvada güclü külək nəticəsində azı dörd nəfər, o cümlədən bir yeniyetmə xəsarət alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İzmailovski parkında aşan ağac 16 yaşlı qızı vurub. Peçatnikidə 66 yaşlı təqaüdçü və bir qız xəsarət alıb. Pokrovski-Streşnevoda ağac avtomobilin damına aşıb. Avtomobildə oturan sürücü kəllə-beyin travması alıb.
Zərərçəkənlərin hamısına təcili tibbi yardım göstərilib; heç kim ciddi xəsarət almayıb.
Moskva kommunal xidmətlər kompleksi ağacların aşması faktlarını təsdiqləyib. Hazırda şəhər xidmətləri aşan ağacları operativ şəkildə kəsir və çıxarır.
Noyabrın 21-də Moskvada küləyin sürəti 25 m/s-ə çatan güclü külək səbəbindən narıncı hava şəraiti təhlükəsi hökm sürür. Sinoptiklərin məlumatına görə, noyabrın 22-si səhərədək paytaxtda qar, yağış, güclü külək əsəcək. Moskvalıları pis hava şəraitində çöldə olmaqdan çəkinməyə, ağacların altına sığınmamağa və onların yaxınlığında avtomobil saxlamamağa çağırılıb. Məlumat mərkəzi vətəndaşlara ictimai nəqliyyata keçməyi tövsiyə edib.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib