12:13 / 16-11-2024
Üzən oteldə yanğın olub
Bütün xəbərlər
Çuvaşiyada 129 uşaq plov və balıq şorbasından zəhərlənib
Tarix: 15-11-2024 17:46 | Bölmə: Sosial

Çuvaşiyada yüzdən çox uşaq zəhərlənib. Onlara enterovirus diaqnozu qoyulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baza Telegram kanalının məlumatına görə, qurbanlar Novocheboksarskda yerləşən məktəb və kadet liseyinin 129 şagirdi olub. Zəhərlənən gün plov və balıq şorbası yeyiblər. Xəstəliyə hansı yeməyin səbəb olduğu bəlli deyil.Lakin qidaların təhsil müəssisələrinə bir tədarükçü tərəfindən çatdırıldığı məlum olub.
Çuvaşiya Səhiyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, üç uşaq orta ağır vəziyyətdə yerli xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Qalan zərərçəkənlər ambulator müalicəyə göndərilib. Onların həyatı təhlükədə deyil.
Hazırda İstintaq Komitəsi və prokurorluq hadisənin baş vermə səbəblərini müəyyənləşdirir.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər