Bütün xəbərlər
Rusiya Daxili İşlər Nazirliyi: boşanma halında miqrantların yaşayış icazələri ləğv ediləcək
Tarix: 08-11-2024 18:04 | Bölmə: Sosial

Rusiyadan ər-arvadını boşanmış, habelə nikahı etibarsız hesab edilən əcnəbilər yaşayış icazəsindən məhrum ediləcəklər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
İdarə sənəddən məhrumetmənin əsaslarını da açıqlayıb.
“Boşanma, nikahın ləğvi, valideynlik hüquqlarından məhrumetmə və atalığı müəyyən edən qeydlərin ləğvi halında, müvəqqəti yaşayış icazəsi və yaşayış icazəsi ləğv edilir və xarici vətəndaş Rusiya Federasiyasının ərazisini tərk etməli olur. ” deyə, təhlükəsizlik qüvvələri məlumat yayıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin miqrantlarla qondarma nikahlara qarşı mübarizə haqqında qanun imzalayıb.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər