Bütün xəbərlər
Rüşvətxorluqda ittiham olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı həbs edilib
Tarix: 25-10-2024 21:17 | Bölmə: Sosial

Moskva vilayətində məhkəmə 400 min rubl rüşvət almaqda ittiham olunan Sergiev Posadın ərazi idarəsinin əməkdaşını həbs edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin bölgə üzrə Baş İstintaq İdarəsindən məlumat verilib.
İstintaqın məlumatına görə, şübhəli şəxs 2024-cü ilin fevral ayından oktyabr ayına kimi şirkət direktorundan himayədarlıq, habelə yanğın təhlükəsizliyi tələblərinə əməl etmədiyinə görə inzibati məsuliyyətə cəlb etməkdən imtina etdiyi üçün mütəmadi olaraq rüşvət alıb. Rüşvətin ümumi məbləği 400 min rubl təşkil edib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşının külli miqdarda rüşvət alması ilə bağlı cinayət işi açılıb.
İstintaq Komitəsi bildirib ki, müttəhim dekabrın 23-ü daxil olmaqla həbsdə qalacaq.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu