Bütün xəbərlər
Dərs zamanı uşaqların tualetdən istifadəsinə icazə verilməyən məktəblərdə prokurorluq yoxlama aparacaq
Tarix: 24-10-2024 19:34 | Bölmə: Sosial

Rusiya Baş Prokurorluğu ölkənin 77 regionunda məktəblilərin dərs zamanı tualetə buraxılmaması ilə bağlı şikayətlərlə bağlı yoxlamaya başlayıb, bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina Telegram kanalında məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bundan əvvəl Odintsovo şəhərindəki 3 nömrəli orta məktəbdə müəllim 4-cü sinif şagirdini tualetə buraxmayıb, nəticədə o, sinif otağında digər şagirdlərin gözü qarşısında özünü islatıb. Əsəbilikdən oğlanda qızdırma yaranıb. Bu hadisədən sonra Mizulina prokurorluqla əlaqə saxlayıb.
“Müraciətimizdən sonra Baş Prokurorluq Rusiya Federasiyasının 77 regionunun prokurorlarına dərs zamanı məktəblilərin tualetə buraxılmaması ilə bağlı şikayətləri yoxlamağı tapşırıb”, - deyə, ictimai xadim öz paylaşımında yazıb.
O, həmçinin qeyd edib ki, bir sıra bölgələrdə, o cümlədən Altay diyarı, Omsk və Kaluqa vilayətlərində yoxlanılan faktlar təsdiqlənib və buna görə də yerli məktəblərin rəhbərliyinə pozuntuların aradan qaldırılması üçün xəbərdarlıq və göstərişlər göndərilib.
"Demək olar ki, bütün bölgələrdə prokurorluq bu cür qadağaların yolverilməzliyi ilə bağlı idarələrə və təhsil nazirliklərinə məlumat göndərib, məktəb rəhbərliyi ilə izahat işləri aparılıb"-Mizulina deyib.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu