Bütün xəbərlər
Gecə baş verən yanğında ölən uşaqlar evdə tək olublar
Tarix: 20-10-2024 10:46 | Bölmə: Sosial

Oktyabrın 20-nə keçən gecə Tula vilayətinin Demidovskaya kəndində baş verən yanğında evdə 3 uşaq ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.
Rayon prokurorluğu faciənin bütün hallarının və səbəblərinin müəyyən edilməsinə nəzarət edir. Bu ev soba ilə qızdırılıb.
"Hadisə baş verən zaman azyaşlılar evdə tək olublar", - nəzarət agentliyi öz Telegram kanalında bildirib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb. Daha əvvəl 2015, 2020 və 2021-ci il təvəllüdlü uşaqların öldüyü bildirilirdi.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu