Bütün xəbərlər
İtkin düşən 10 yaşlı qız tapılıb
Tarix: 17-10-2024 11:02 | Bölmə: Sosial

Çelyabinsk vilayətində itkin düşən 10 yaşlı qız sağ-salamat tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, uşağa qarşı heç bir qanunsuz hərəkətə yol verilməyib.
Regional polisinin məlumatına görə, qızı Pravoberejnı OP-nin yerli polis əməkdaşları tapıblar.
Xatırladaq ki, qız oktyabrın 15-də yoxa çıxıb. O, gəzintiyə çıxıb və axşam evə qayıtmayıb.
Uşağın axtarışında polis əməkdaşları və könüllülər iştirak edib.
Daha əvvəl Çelyabinskdə məktəbə gedərkən yoxa çıxan 7 yaşlı uşaq tapmışdılar. Uşaq qonşu Kopeyskdə tapılıb.


Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər