Bütün xəbərlər
Rumıniya Ukraynadan quş əti və yumurta idxalını məhdudlaşdırmaq istəyir
Tarix: 04-10-2024 17:00 | Bölmə: Sosial

Rumıniya Ukrayna quş əti məhsullarının idxalını məhdudlaşdırmaq niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı naziri Florin Barbu deyib.
O, Avropa Komissiyasının müdaxiləsini tələb edib. Onun sözlərinə görə, ölkəyə quş əti və yumurta idxalı xeyli artıb və Buxarest bu məhsulların Ukraynadan idxalına lisenziya verməyə hazırdır.
"Ukraynadan yumurta və quş əti idxalı ilə bağlı Avropa Komissiyasının müdaxiləsi zəruridir", - "Agerpres" agentliyi Barbudan sitat gətirir.
Nazir qeyd edib ki, rumıniyalı fermerlər Avropa İttifaqında mövcud olan quşların yetişdirilməsi üçün müəyyən şərtlərə tabedirlər. Bu, daha çox istehsal xərclərini nəzərdə tutur, halbuki Ukrayna Aİ-nin üzvü deyil və belə bir maliyyə yükü daşımır.
“Biz artıq taxıl, şəkər və un üçün uğurla tətbiq edilən idxalın lisenziyalaşdırılması mexanizmini tətbiq etməyə hazırıq”, - deyə, o, yekunlaşdırıb.
Ötən il sentyabrın əvvəlində Polşa Avropa İttifaqından Ukraynadan taxıl idxalını qadağan etməyi tələb edib. Baş nazir Mateuş Moraveçki daha sonra qeyd etdi ki, Aİ cavab verməsə, Varşava özbaşına məhdudiyyətlər tətbiq edəcək.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər