Bütün xəbərlər
Uşaqların zəhərlənməsi: mağazadakı məhsulların sənədləri yox idi
Tarix: 23-09-2024 09:30 | Bölmə: Sosial

Zəhərlənərək dünyasını dəyişən uşaqların anasının məhsul aldığı “Olimp” mağazasının məhsullarında əsasən baytarlıq müşayiət sənədləri olmayıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rosselxoznadzorun Krasnoyarsk diyarı üzrə idarəsi məlumat yayıb.
“Pərakəndə satış məntəqəsi Nazarovski rayonunda yerləşir. “Olimp” mağazası baytarlıq tələblərini pozaraq fəaliyyət göstərirdi. Analizlərin ilkin nəticələrinə görə, mağazaya daxil olan məhsulların əsas hissəsi zəruri baytarlıq müşayiət sənədləri olmadan olub. Beləliklə, məhsulun təhlükəsizliyini təsdiqləmək mümkün deyil”, - mesajda aydınlıq gətirilir.
Xatırladaq ki, 4 uşaq ağır qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib. Valideynləri özlərinə gəldilər. Faktla bağlı cinayət işi açılıb.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər