22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsini məktəb proqramından çıxarmağa çağırıb
Tarix: 19-09-2024 16:34 | Bölmə: Sosial

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çeçenistanın baş nazirinin köməkçisi və keçmiş baş naziri Müslüm Xuçiyev Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsova Darvinin nəzəriyyəsini məktəb proqramından çıxarmağı təklif edib. RBC-nin müxbiri xəbər verir ki, o, bu barədə Ümumrusiya Valideynlər Komitəsinin ilk iclasında bildirib.
“Hər kəs bilir ki, bu, yanlış bir nəzəriyyədir, bu, dinə ziddir... Biz bunu sadəcə olaraq aradan qaldıra bilərik".
Onun fikrincə, Darvinin nəzəriyyəsi dini təhsillə ziddiyyət təşkil edir ki, bu fakt bütün dinlər tərəfindən qəbul edilir. "Bunu dərsliklərdən çıxarmaq üçün başqa kim etiraf etməlidir?" - deyə, Çeçenistanın keçmiş baş naziri soruşub.
Təhsil naziri Sergey Kravtsov hələlik bu təklifə münasibət bildirməyib.
Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov cinsiyyət dəyişikliyinə icazə verilən ölkələrə övladlığa götürmənin qadağan edilməsi ideyasını təsdiqləyib.



Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu