Bütün xəbərlər
Rusiya və Qırğızıstan 22,6 milyard rubl dəyərində müqavilə imzalayacaq
Tarix: 12-09-2024 18:10 | Bölmə: Sosial

Rusiya baş nazirinin müavini Aleksey Overçuk VI Qırğızıstan-Rusiya İqtisadi Forumu zamanı Rusiya ilə Qırğızıstan arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Forumun yekunu olaraq ümumi dəyəri təxminən 22,6 milyard rubl olan ikitərəfli sənədlərin və müqavilələrin imzalanması planlaşdırılır.
Overçuk Qırğızıstanda investisiya mühitinin yaxşılaşdırılmasını da vurğulayıb.
Baş nazirin müavininin sözlərinə görə, Rusiya ölkənin aparıcı ticarət tərəfdaşlarından və ən böyük investorlardan biridir. Belə ki, cari ilin birinci yarısında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizdən çox artıb.
Bundan əvvəl Moskva və Bişkek arasında informasiya mübadiləsi, eləcə də bioloji, kimyəvi və radiasiya vəziyyətinin qiymətləndirilməsində əməkdaşlıq haqqında saziş imzalandığı bildirilib.


Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər