18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Mişustin Rusiyada ət, yumurta və süd istehsalının artdığını qeyd edib
Tarix: 11-09-2024 12:30 | Bölmə: Sosial

Rusiyanın baş naziri Mixail Mişustin fermerlərə dəstək sisteminin nəticəsinin ölkədə ət, yumurta və süd istehsalının artması olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mişustin Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasındakı çıxışında deyib: “ət, yumurta, süd, o cümlədən balıq ovu istehsalı artır. Bu barədə RİA Novosti məlumat yayıb.
Baş nazirin sözlərinə görə, belə nəticələr fermerlərə yaradılmış yardım sistemi, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli dərəcələrlə verilən kreditlər sayəsində əldə edilib.
Bundan əlavə, Mişustin Rusiyanın aqrar-sənaye kompleksinə yeni elmi-texniki inkişafların tətbiqinin və gənc mütəxəssislərin cəlb edilməsinin vacib olduğunu vurğulayıb.


Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər