Bütün xəbərlər
Azərbaycan cüdoçusu ikiqat dünya çempionu oldu
Tarix: 30-08-2024 10:40 | Bölmə: Sosial

                     azerbaycan-cudocusu-ikiqat-dunya-cempionu-oldu



Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medal qazanıblar.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, - 50 kq. çəkidə Məhəmmədəli Hüsiyev əzmkarlıqla mübarizə apararaq bürünc medal əldə edib.
- 55 kq. çəkidə mübarizə aparan Nihad Məmişov bütün rəqiblərini məğlub edərək ikinci dəfə dünya çempionu titulunu qazanıb.
O, gün ərzində göstərdiyi üstün performansla, xüsusilə finalda Monqolustan təmsilçisi Batbilegi ipponla məğlub edərək bu titula layiq olduğunu bir daha sübut edib.
Məmişovun bu uğuru Azərbaycanı medal cədvəlində ikinci yerə yüksəldib.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər