Bütün xəbərlər
Almaniya vətəndaşı 90 milyon rubl dəyərində qızıl külçələri Rusiyadan çıxarmağa cəhd edib
Tarix: 26-08-2024 21:10 | Bölmə: Sosial

Pskov vilayətində gömrükçülər 90 milyon rubl dəyərində 21 qızıl külçəsinin qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısını alıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
58 yaşlı Almaniya vətəndaşı avtomobil evində qiymətli metalı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib. Sərnişin gömrük bəyannaməsində o, yalnız nəqliyyat vasitəsini göstərib. Orada bəyan edib ki, bəyannamə verilməli heç bir mal yoxdur.
Yoxlama-nəzarət kompleksindən istifadə etməklə avtomobilə baxış zamanı gömrükçülər şkaflardan birində düzbucaqlı formalı metal briketlər görüblər. Şəxsi əşyalar arasında daha kiçik külçələr tapılıb. Onların hər biri fərdi nömrə və “Degussa FEINGOLD 999.9” yazısı ilə qeyd olunub. Partiyanın ümumi çəkisi 13 kiloqram idi.
Həmin şəxsə qarşı strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb. Əcnəbi ev dustaqlığına buraxılıb. O, 1 milyon rubla qədər cərimə ilə beş ilədək həbs cəzası ala bilər.


Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər