Bütün xəbərlər
Məmur gəlinciklə erotik rəqs etdiyinə görə işdən çıxarılacaq
Tarix: 23-08-2024 10:39 | Bölmə: Sosial

Tambov vilayətinin başçısı Maksim Eqorov ad gününü hədsiz dərəcədə sevinclə qeyd etməsinin görüntüləri internetə sızdıqdan sonra dövlət məmurlarından birini işdən çıxarıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun Telegram kanalında qeyd etdiyinə görə, “vilayət hökumətinin tabeliyində olan müəssisələrdən birinin direktoru şəxsi bayramla bağlı da olsa, özünü qeyri-adekvat aparmağa yol verib”.
Eqorov vurğulayıb ki, bu cür davranış rəhbər işçi üçün yolverilməzdir və o, bundan sonra vəzifəsini tutmayacaq.
Rayon rəhbəri mesajında məmurun adını açıqlamayıb.
Yerli Telegram kanalları bir kişinin real ölçülü gəlinciklə odlu erotik rəqslər ifa etməsinin videosunu dərc edib. Onların məlumatına görə, söhbət Tambov vilayəti hökumətinin avtobazasının direktorundan gedir.


Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər