Bütün xəbərlər
Rosaviatsia: Kamçatkada baş verən zəlzələ hava nəqliyyatına təsir etməyib
Tarix: 18-08-2024 18:44 | Bölmə: Sosial

Avqustun 17-də Kamçatkada qeydə alınan güclü zəlzələ hava hərəkətinə təsir etməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
“Mülki aviasiya uçuşları qrafik üzrə həyata keçirilir, Vahid Hava Hərəkətini İdarəetmə Sisteminin obyektlərinə ziyan dəyməyib”, - TASS Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsindən sitat gətirir.
Bir gün əvvəl Kamçatkada 7,0 bal gücündə zəlzələ baş verib. Ən güclü yeraltı təkanlar Avaçinski körfəzi ərazisində qeydə alınıb.
Daha sonra Fövqəladə Hallar Nazirliyi zəlzələdən sonra insan tələfatının və dağıntıların olmadığı barədə məlumat yayıb.


Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər