Bütün xəbərlər
Türkiyədə meşə yanğınları nəzarət altına alına bilmir
Tarix: 17-08-2024 07:34 | Bölmə: Sosial

Türkiyənin İzmir şəhərində 3 minə yaxın insan meşə yanğınları ilə mübarizə aparır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, güclü külək Türkiyənin qərbindəki İzmir kurort şəhərində baş verən meşə yanğınları ilə mübarizəni çətinləşdirir. Bu barədə TRT Haber məlumat yayıb.
Telekanalın məlumatına görə, yanğın artıq yaşayış məntəqələrinə də çatıb. Aviasiya və yerüstü texnikanın köməyi ilə yanğınlar söndürülür.
Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altunun aydınlaşdırdığı kimi, yanğınsöndürənlər hazırda 27 yanğını nəzarət altına almağa çalışırlar.
Altun sosial şəbəkədə yazıb: “İzmirdə 596 texnika və 2965 nəfər havadan və yerdən işlərini davam etdirir".


Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər