Bütün xəbərlər
Rusiya Cənubi Koreyadan 838 min dollara 260,4 ton dondurma alıb
Tarix: 11-08-2024 09:54 | Bölmə: Sosial

2024-cü ilin iyun ayında Cənubi Koreya Rusiyaya 260,4 ton dondurma tədarük edərək tarixi rekordu qırıb, RİA Novosti xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə ki, Rusiya Koreya dondurma ixracatında üçüncü ölkə olub.
Statistika xidmətinin məlumatına görə, iyunda Rusiya Cənubi Koreyadan 838 min dollar dəyərində 260,4 ton dondurma alıb. Bu ilin may ayının göstəriciləri ilə müqayisədə tədarüklər iki dəfə artıb.
2024-cü ilin birinci yarısında Cənubi Koreya Rusiyaya 3,2 milyon dollar dəyərində 976,2 ton dondurma tədarük edib ki, bu da 2023-cü ilin ilk altı ayı ilə müqayisədə (2,8 milyon dollar dəyərində 875,6 ton) 11,5 faiz çoxdur.
Statistika xidmətinin məlumatına görə, 2023-cü ildə Rusiya Cənubi Koreyadan 4,1 milyon dollara 1,3 min ton dondurma alıb.
Bu ilin iyun ayında Koreya dondurmasının əsas idxalçıları ABŞ (2,4 milyon dollar dəyərində 712,9 ton) və Vyetnamdır (852 min dollar dəyərində 333,5 ton). Reytinqdə üçüncü yerdə Rusiya qərarlaşıb. Ondan sonra Filippin (900 min dollara 246,7 ton) və Çin (651 min dollara 167,9 ton) gəlir.


Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər