22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Tacikistan məktəblilər arasında rus dilinin səviyyəsini yüksəltməyə çalışır
Tarix: 04-08-2024 11:52 | Bölmə: Sosial

Tacikistanın təhsil və elm nazirinin birinci müavini Camşed Jurazoda respublikada məktəblilərin rus dilini bilmə səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, mütəmadi olaraq rusiyalı müəllimlər üçün ixtisasartırma kursları keçirilir. Onların həmkarları ilə təcrübə mübadiləsi aparmaq, həmçinin pedaqogikanın ən son tendensiyalarını öyrənmək və praktikada tətbiq etmək imkanları var.
TASS xəbər verir ki, bundan əlavə, rus dili üzrə dərsliklərin və əlavə materialların siyahısını yeniləmək və genişləndirmək üzrə fəal iş aparılır.
Jurazoda həmçinin uşaqlar üçün təlim prosesini daha əyləncəli və səmərəli edən təlimə interaktiv yanaşmanı, Tacikistanın ümumtəhsil və rusdilli məktəbləri üçün rus dili üzrə dərsliklərin nəşrini qeyd edib.
Rəsminin sözlərinə görə, gənclər arasında rus dili və mədəniyyətinin təbliği üçün Rusiyanın respublikadakı mədəniyyət və təhsil mərkəzləri ilə fəal əməkdaşlıq aparılır.
Bundan əvvəl bildirilmişdi ki, Tacikistan hakimiyyəti məktəb məzunlarının rus dilini bilməməsi ilə bağlı təşvişə düşüb.



Baxış sayı: 287


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu