Bütün xəbərlər
Keyfiyyət Assosiasiyası İctimai Birliyi yeni layihəsinin icrasına başlayıb
Tarix: 01-06-2024 11:35 | Bölmə: Sosial

Keyfiyyət Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
“İdarəetmə sistemlərinin daxili auditi” kitabı" layihəsinin icrasına başlayıb. Layihənin məqsədi yerli müəssisələrimizdə bir sıra beynəlxalq standartının tələblərinə uyğun qurulan idarəetmə sistemlərinin daxili auditinin düzgün aparılması üçün daxili auditorları nəzəri-praktiki vəsaitlə dəstək göstərmək, habelə assosiasiya nümayəndələrini və universitetlərin tələbə-müəllim heyətini daxili auditlər bağlı zəruri biliklərlə təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində “İdarəetmə sistemlərinin daxili auditi” adlı kitab nəşr olunacaq və təqdimat mərasimi keçiriləcək. Kitab şirkətlər, biznes assosiasiyalar, universitetlər və kitabxanalara paylanılılacaq.
Qeyd edək ki, layihə 01.06.2024-30.09.2024-cü ili əhatə edir.



Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər