Bütün xəbərlər
Təbiət Abidələri Ağaclar
Tarix: 16-07-2024 17:38 | Bölmə: Sosial


Eko Aləm İctimai Birliyi 1 iyun 2024-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Meşələrin mühafizəsi” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində görülən işlər haqqında Eko Aləm İctimai Birliyinin sədri Sevil xanım Yüzbaşeva saytımıza məlumat verib.
Layihənin əsas məqsədi Azərbaycan ərazisində olan meşə örtüyünün qorunması və mühafizəsi istiqamətində görülən işlərin gücləndirilməsinə dəstək verməklə davamlı istifadəsini təmin etməkdir. Bundan başqa ağacların ətraf mühitin sağlamlığı və iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini nəzərə alaraq, ölkəmizin ərazisində yaşayan və “Təbiət Abidəsi” hesab edilən nadir unikal yaşları yüz illərlə ölçülən ağacların qorunması mühafizəsidir.
Məlumdur ki, ağaclar və meşələr iqlim dəyişikliyi ilə mübarizədə əsas vasitələrdəndir. Meşələrin nizamsız qırılması biomüxtəlifliyə, ərzaq təhlükəsizliyinə, qlobal istiləşməyə dağıdıcı təsir göstərir. Meşə insan mühitinin əsas amili olmaqla, kənd təsərrüfatı torpaqlarını qoruyucusu, insanların rahat yaşaması, istirahəti üçün şərait yaradan mühüm həyati amil olmaqla həm də biomüxtəlifliyi, vəhşi təbiət qoruyur. Meşə həm də bir çox maddi ehtiyat mənbəyidir.
Təbiət abidələrinə bu, tipik landşaftlı ərazilər, xüsusi cəzbediciliyi  ilə seçilən təbiət guşələri, endemik, relikt və nəsli kəsilməkdə olan növlərin yayıldığı xüsusi yerlər, çoxəsrlik ağaclar, şəlalələr, mağaralar, unikal göllər, orijinallığı ilə seçilən geoloji çılpaqlaşmış dağlar, palentoloji qalıqların yataqları və digər elmi-praktiki, mədəni-maarifləndirici əhəmiyyəti olan təbii meşə sahələri, yeraltı suların ayrıca çıxışları və s. obyektlər, təbii komplekslər aiddir. Bütün bunlar Dövlətimiz tərəfindən Qanunla qorunur. Təbiət abidələrinin qorunmasında məqsəd onları, təbii şəraitdə elmi-informativ, mədəni-maarifləndirmə, estetik məqsədlər və genetik fond üçün qoruyub saxlamaqdır.
Hədsiz dərəcədə rəngarəng dendrofloraya malik olan Azərbaycan çox zəngin təbiət abidələri olan muzeyi xatırladır. Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir.
AMEA-nın alimləri  2004-cü ildə nəşr etdirdikləri “Azərbaycanın Bioloji Təbiət Abidələri” adlı kitabında Azərbaycan Respublikasının 52 rayonunun 318 obyekt sahəsində 2500-dən çox ədəd nadir abidə ağacların, unikal meşəliklərin olmasını müəyyən etdiklərini qeyd etmişlər. Buna baxmayaraq Azərbaycan Respublikasının bir sıra digər ərazilərdə rast gəlinən bəzi  təbiət abidələri barədə məlumatlar bu kitabdakı siyahıya düşməmişdir. Həmin abidələr lazım olduğu kimi mühafizə də olunmur.
Eko Aləm İctimai Birliyi layihə işi nəticəsi olaraq, yuxarıda adı qeyd edilən kitabdakı siyahıdan seçilmiş, bəzi abidə ağaclara həsr edilmiş elektron kataloq hazırlayacaq və yotub kanalına hər kəsin əlçatanlığı üçün yerləşdiriləcək. Təşkilatımız bu səbəbdən layihə işinə bir sıra bölgələrimizdə yaşayan abidə ağacların ictimai vizual monitorinqini keçirtməklə başlamışdır.  Eko Aləm İctimai Birliyi ilk səfərini Samux, Gəncə şəhərlərində və Hacıkənd qəsəbəsində yaşayan  abidələrin ekoloji vizual monitorinqlər keçirtmiş, onların mövcud real vəziyyəti ilə maraqlanmışdır.
Samux qəsəbəsində (Kolayır kəndi) yaşayan Dül-dül abidə ağacları
Samux qəsəbəsində iki möhtəşəm abidə Şərq Çinarı (Platanus orientalis L.,) yaşayır. Abidələr yaşlarına və uzunömrlülüklərinə baxmayaraq, sağlıqlı vəziyyətdə həyatlarına davam edirlər. Ağaclarla bağlı əsl həqiqəti isə monitorinq çəkilişlərindən sonra yerli insanlardan öyrəndik. Hamının biz də daxil olmaqla Kolayır kəndi qəbirstanlığının həyətində yaşayan Şərq Çinarını məşhur 1500-1800 yaşlı ağacını əsl  Dül-dül ağacı hesab edirdik. Qəbirstanlığın hasarından kənarda yaşayan ağacı isə onun törəməsi hesab edirdik. Monitorinq zamanı yerli sakinlərdən öyrəndik ki, əsl Dül-dül elə həmin ağacdır və onun təqribən 2000 il yaşı vardır. Allag daha çox yaşamağı nəsib etsin.

Dül-dül 1. Təqeibən 2000 il yaş                                                            
Dül-dül ağacı 2.  1500-1800 il yaş               

Gəncədə yaşayan Abidə Ağaclar

Səfər zamanı çətinliklə də olsa Gəncədə yerləşən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini taparaq, ezamiyyəmizin səbəbi ilə bağlı müraciət etdik. Bizi qarşılayan xanım xoş münasibət göstərərək, sənədimizi alıb peçat vurmağa getdi, bir az keçmiş geri qayıdaraq bizi müdirin görmək istədiyini söylədi. İdarənin rəisi Quliyev Azər müəllim nə məqsədlə gəldiyimizi öyrəndikdə məmnun olmadı və bildirdiki bu işlə biz yox, yəni onlar məşğul olacaqlar. Cavabında söylədim ki, çox gözəl, biz də öz tərəfimizdən fəaliyyətimizi davam etdirəcəyik.  Sonra Azər müəllim dərhal mənim müraciətim və fəaliyyətimlə bağlı “istintaqa” başladı və bir neçə müddət bizi otağında saxlayaraq, araşdırma aparmağa başladı.  Bir neçə dəfə müxtəlif adamlara telefonlar etdi. Bir müddət keşəndən sonra sevinərək, bildirdiki, mən onlara yox, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət etməliyəm ona görə ki, ETSN-yi mənim məktubumu  Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə ypnəldib. Bundan sonra bizi otaqdan göndərdi. Və beləliklə təbiət abidələri haqqında suallarımız və müraciətimiz cavabsız qaldı, baxmayaraq ki, abidə ağaclarla bağlı məşğul olmaq fikirləri olduğunu da bildirmoş və otağa çağırdığı işçisi də bizim Şərq Çinarları  adlı kitabımızdan məlumatların şəkilini də çəkdilər.  Bir məsələni heç baəa düşmədim mənim telefonumdan onun telefon nömrəsinə göndərdiyim ETSN-nə ünvanladığım məktubu oxumaq üçün məndən alaraq gizlicə nömrəsini silibmiş mən bunu ikinci dəfə ağacların ünvanını sdəqiqləşdirmək üçün zəng etmək istədikdə anladım. Adan nə etmək istəyirdi başa düşmədim. Monitorinqləri keçirən zaman  anıadım ki, artıq bəzi abidələr məhv edilib və danışmağa sösü yoxdur. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi cənab Quliyev Azər müəllimin icazəsi olmadan danışmaq istəməyən təbiət abidələri ilə bağlı “monitorinqlərə hazırlaşan” işçisi biz orda olan müddətdə idarəni tərk etdi.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət etdik və dərhal olduğumuz yerdə məsələmiz həll edildi.
Biz bildiyimiz siyahı üzrə axtarıb tapdığımız Cümə Məscidində, Xan bağında, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qarşısındakı abidınin monitorinqini apardıq. 
Monitorinqlər zamanı məlum olmuşdur ki, istər Azərbaycanın ikinci böyük şəhəri Gəncədə istərsədə  unukal təbiət ərazisinə malik Azırbaycan xalqının sevimli istirahət məkanı və eləcədə hələ sovet dövründən müalicə əhəmiyyətli sanatoriyaları ilə məşhur olan Hacıkənd qəsəbəsində bir neçə təbiət abidəsi bir neçə yüz il yaşları olan Abidə Ağaclar artıq məhv edilmişdir.
Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazi vahidində olan şəhər tipli Hacıkənd qəsəbəsində vizual monitorinqi keçirərkən də çox məyus olduq. İllər öncə qəsəbədə o zaman məskunlaşan Qarabağdan Qaçqın və Məcburi köçkünlərin  Hacıkənd meşələrinı vurduqları ziyanla bağlı mətbuatda yayılan məlumatlardan sonra ETSN ilə birlikdə VC institutlarının birgə monitorinqinin işində bizim təşkilat da iştirak etmişdi. Hələ o, zaman 2016-cı ildə qəsəbədə indiki kimi ətraf mühitə, təbiətə belə ziyan vurulmamışdı. Hacıkənddə nəinki təbiət abidəsi olan qədim ağaclar eyni zamanda memarlıq abidələri də artıq məhv edilib, ərazidə yeni binalar və villalar tikilib.

2016 il.  Həyatını itirən Abidə Şərq Çinarları   

Sağ qalan yeganə təbiət abidəsi olan ağacın qoruyucu ərazisinə də fərdi evin tikintisi zamanı belə müdaxilə edilib.

2024 il.  Tək qalan abidə Şəra Çinarı 

10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin bu hərəkəti Azərbaycanın Bioloji Təbiət Abidələrinin mühafizə olunmadığını Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU icra olunmadığı sübut edildi. 

Şərq çinarı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib və dünyanın ən uzunömürlü ağaclarından sayılır. Məlumatlarda deyilir ki, şəhərdə 40 mindən çox çinar ağacı var. Onlardan təxmini 200-nün 150 yaşı, 300-dən çoxunun isə 100-ə yaxın yaşı var. Gəncədə 600 yaşında olan 5 çinar ağacı qeydə alıngığı barədə məlumatlar olsada biz yaşlı 3 çinar ağacını Şah Abbas məscidinin həyətində gördük və çəkilişlər apardıq.


3 Abidə Şərq Çinarı. (Platanus orientalis L.,) Şah Abbas Məscidi

Xan bağı ilə bağlı çox məlumatlarda eşitmişdik. Həqiqətən də Xan bağı, bir başqa adı ilə Sərdar bağı Gəncənin və Azərbaycanın ən gözəl və yaşıl parklarından biridir. Xan bağında məşhur Çinar xiyabanı öz gözəlliyi ilə insanı sözün əsl mənasında adamı valeh edir.

 Xan bağı. Şərq Çinarı (Platanus orientalis L.,) xiyabanıı

Xan bağının ən yaşlı ağacı olan Qırmızı Şam ağacının 600 il yaşı var. Şam ağacı (lat. Pinus)-şamkimilər fəsiləsinə aid bitki cinsi. Şam ağacının 115 növü məlumdur.
Alimlərimizin yazdığına görə Gəncənin torpaq və iqlim şəraiti vaxtı ilə burada yaşıllaşdırma işlərində müxtəlif ekzotik ağac cinslərindən istifadə olunmasına şərait yaradıb. Şəhər bağlarında vaxtı ilə elə ağaclara təsadüf edilirdi ki, bu növlərə respublikamızın başqa rayonlarında rast gəlinmirdi. Bunlara himalay sidri, veymut şamı, apizon sərvi və s. daxildir. İndi də bu bağda bəzi növlər qotunub saxlanılır.

Xan Bağı. Qırmızı Şam. 600 yaş

Çox təəsüf ki, şəhərin yaşıllıqlarına ziyan vurulub.
Layihə işinin ikinci hissəsində ölkəmizin digər Balakən, Katex, Zaqatala, Qax, Güllük kəndi, Day-Tanqıt kəndi,  Qəbələ, Nic kəndi, şəhər mərkəzləri və kəndlərində olan abidə hesab edilən, ağacların vizual ictimai monitorinqi həyata keçiriləcəkək.
Layihənin sonunda layihə fəaliyyətinin nəticəsi olaraq, elektron kataloq hazırlanacaq və Agentliklə razılaşdırıldıqdan sonra youtub kanalında yerləşdiriləcək.
 



Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər