Bütün xəbərlər
Çinin Haynan adasında rusiyalı turistlərin sayı il ərzində 13 dəfə artıb
Tarix: 13-07-2024 10:23 | Bölmə: Sosial

2024-cü ildə Çinin Haynan adasına Rusiyadan gələn turistlərin sayı ötən illə müqayisədə 13 dəfədən çox artıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Haynan Departamentinin məlumatına görə, 2024-cü ilin ilk 5 ayında Rusiyadan 39 min turist Haynana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfədən çox çoxdur.
Hesabatda bildirilir ki, 25 ölkədən Haynaya gələn xarici turistlər arasında rusiyalı səyahətçilər sayca birinci yerdədir.
Departamentin mesajında vurğulanır ki, yerli turizm biznesi ruslara xidmətin keyfiyyətini artırmaq üçün çox işlər görür. Məsələn, Sanya şəhərində məşhur ictimai yerlərdə rus dilində lövhələr var.
Hainan Çinin cənub-şərqində, Cənubi Çin dənizində yerləşir.



Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər