Bütün xəbərlər
Bolqarıstan qaz tədarükünə görə "Qazprom"a qarşı 400 milyon avro iddia qaldırıb
Tarix: 09-07-2024 17:25 | Bölmə: Sosial

Bolqarıstanın dövlət qaz paylayıcısı “Bulgargaz” Beynəlxalq Arbitraj Məhkəməsində “Qazprom”a qarşı 400 milyon avro iddia qaldırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb 2022-ci ildə rusiyalı tərəfdaşın qaz tədarükünü dayandırması olub.
Bu barədə çərşənbə axşamı Bolqarıstan Milli Televiziyası məlumat yayıb. Qeyd olunur ki, Bolqarıstanın qaz operatoru “Qazprom”un hərəkətləri nəticəsində zərər görüb və hazırda itkilərin ödənilməsini tələb edir.
2022-ci ilin yazında Bolqarıstan Rusiya qazının ixracını rublla ödəməyə keçmədi. Qeyri-dost ölkələrə qaz nəqli üçün bu şərti Rusiya prezidenti Vladimir Putin qoyub. Bu səbəbdən “Qazprom” “Bulgargaz”a ixracı tamamilə dayandırıb.
2024-cü il martın 1-də Sofiya Rusiyadan neftin istifadəsini və idxalını rəsmən dayandırıb.



Baxış sayı: 305


Bölməyə aid digər xəbərlər