Bütün xəbərlər
"Habertürk": Türkiyə hava limanlarında sərnişinlərin yoxlanılması prosedurları sərtləşdiriləcək
Tarix: 05-07-2024 06:31 | Bölmə: Sosial

Türkiyə hava limanlarında sərnişinlərin yoxlanılması prosedurları sərtləşdiriləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə parlamenti mülki aviasiya qanununa müvafiq dəyişiklikləri qəbul edib.
Qeyd edildiyi kimi, təhlükəsizlik əməkdaşları terminalın girişində və minmə zonasının girişində sərnişinlərin əşyalarına baxış keçirə biləcəklər. TASS xəbər verir ki, söhbət şəxsi baqaj və elektron cihazlardan gedir.
Sərnişin yoxlama üçün əşyalar verməkdən imtina edərsə, o, hava limanına və ya yola düşmə zonasına buraxılmayacaq. Daşıması qadağan edilən əşyalar və maddələr yerindəcə müsadirə olunacaq.
Qanuna edilən dəyişikliklərə əsasən, təyyarənin ekipajı üçün cərimələr nəzərdə tutulub. Ekipaj təyyarənin göyərtəsində qanun pozuntuları barədə səlahiyyətlilərə məlumat verməsə, ekipaj üzvlərini 620 ilə 15,6 min dollar arasında cərimə gözləyir.



Baxış sayı: 283


Bölməyə aid digər xəbərlər