Bütün xəbərlər
Moskva çayında su Qara dəniz səviyyəsinə qədər isinib
Tarix: 03-07-2024 18:34 | Bölmə: Sosial

Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, Moskva çayında suyun temperaturu 24-25 dərəcəyə qədər yüksəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sinoptiklərin izah etdiyinə görə, bu hadisəyə səbəb paytaxtda çox isti gecələr olub. Əsas su anbarında temperatur Qara dəniz səviyyəsinə qalxıb.
Hazırda Anapa ərazisində Qara dənizdə suyun temperaturu cəmi 18 dərəcə, Soçidə isə 25 dərəcədir. Kalininqradda Baltik dənizində su 18 dərəcəyə qədər istiləşib.
Bu arada paytaxt sakinləri cümə günü növbəti tufan gözləməlidir. Havanın temperaturu 10 dərəcə aşağı enəcək, leysan xarakterli yağış yağacağı, dolu yağacağı ehtimalı var. Küləyin 25 m/s-dək güclənəcəyi gözlənilir.
Həftə sonu üçün anomal istilərdə bir qədər azalma proqnozlaşdırılsa da, gələn həftənin əvvəlində termometrlər yenidən 30 dərəcəni keçəcək.



Baxış sayı: 295


Bölməyə aid digər xəbərlər