Bütün xəbərlər
Moskva Dövlət Universitetinin Fundamental Tibb Fakültəsində vərəm aşkarlanıb
Tarix: 02-07-2024 20:46 | Bölmə: Sosial

Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin magistrantında vərəm diaqnozu qoyulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fakültədə dezinfeksiya işləri aparılacaq, xəstə şəxslə təmasda olan bir qrup şəxs müayinə olunacaq.
Fakültənin mətbuat xidməti əmindir ki, bütün lazımi tədbirlər Rospotrebnadzorun göstərişlərinə uyğun olaraq həyata keçiriləcək.
RİA Novosti yazır ki, onlar əlavə ediblər ki, indiyədək yalnız bir vərəm hadisəsi məlumdur.
Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzində vərəmə qarşı yeni peyvənd hazırlanır. Onun 2025-ci ilin sonunda könüllülər üzərində sınaqdan keçirilməsi, 2026-cı il ərzində isə dərmanın qeydiyyatı üçün sənədlərin Səhiyyə Nazirliyinə təqdim olunması gözlənilir.



Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər