Bütün xəbərlər
MMA döyüşçüsü Ceff Monson Moskvada İslamı qəbul edib
Tarix: 19-06-2024 23:51 | Bölmə: Sosial

MMA döyüşçüsü Ceff Monson Qurban bayramı münasibətilə Moskvada İslamı qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə politoloq Sergey Markov Telegram kanalında məlumat verib.
Ceff Monson 2013-cü ildə Rusiyaya köçüb. 5 ildən sonra Rusiya vətəndaşlığını aldı və eyni sayda ildən sonra ABŞ vətəndaşlığını dayandırdı. Hazırda qarışıq döyüş növləri üzrə döyüşçü Ufada yaşayır.
Ceff Monson iyunun 28-də braziliyalı Fabio Maldonado ilə döyüşəcək. Daha əvvəl idmançı bu döyüşün karyerasında sonuncu olacağını bildirmişdi.


Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər