Bütün xəbərlər
İspaniyalı yeniyetmələrə 16 yaşından etibarən valideynlərinin razılığı olmadan abort etdirməyə icazə verilir
Tarix: 18-06-2024 18:21 | Bölmə: Sosial

İspaniyanın Konstitusiya Məhkəməsi abort haqqında qanunun islahatını təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, indi 16 yaşından etibarən yeniyetmələr valideynlərinin və ya qəyyumlarının razılığı olmadan hamiləliyi dayandıra bilərlər.
Konstitusiya Məhkəməsi İspaniya hakimiyyətinin bu qanunvericilik təşəbbüsünü nəzərdən keçirmək məcburiyyətində qalıb, çünki ifrat sağçı “Vox” partiyası onun qəbul edilməsinin əleyhinə olub və apellyasiya şikayəti verib.
RİA Novosti xatırladır ki, ötən il İspaniya parlamenti səs çoxluğu ilə 16 yaşdan etibarən cinsiyyətin pulsuz dəyişməsi haqqında qanunu təsdiq edib və qəbul edib. Rusiya Federasiyasında cinsin dəyişdirilməsini qadağan edən qanun var.




Baxış sayı: 259


Bölməyə aid digər xəbərlər