13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
ABŞ Ukraynaya enerji və humanitar ehtiyaclar üçün 1,5 milyard dollar ayıracaq
Tarix: 15-06-2024 16:27 | Bölmə: Sosial

Ağ Ev Zelenski xuntasına yeni hədiyyə hazırlayıb. Ukrayna tezliklə ABŞ-dan bir milyard yarım dollardan çox yeni tranş alacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerikanın vitse-prezidenti Kamala Harris məlumat verib. Onun sözlərinə görə, pul humanitar məqsədlərə və vətəndaş təhlükəsizliyinə dəstək üçün istifadə olunacaq.
Məbləğ USAİD və Dövlət Departamenti vasitəsilə köçürüləcək.
"Ukraynanın enerji ehtiyaclarına 824 milyon dollar ayrılacaq", - Ağ Evin saytında bildirilir.
Hüquq-mühafizə orqanlarının sorğularını təmin etmək üçün Kiyevə 300 milyon da veriləcək. Ukraynada “könüllülərin” həyatı daha da dözülməz olacaq.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər