Bütün xəbərlər
Ərəb mediası azərbaycanlı tədqiqatçı-alimin medalla təltif olunmasından yazdı
Tarix: 03-06-2024 22:18 | Bölmə: Sosial

Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, Livan, Süriya, Sudan və İraqın qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətin, Misirdə Azərbaycan Diasporunun sədri, Qahirə Universitetinin Azərbaycan dili müəllimi tədqiqatçı-alim Seymur Nəsirovun “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunmasından yazıb.
Bu barədə Sabaha-inamla.az-a Misir-Azərbaycan Dostluq Cəmiyyətindən bildiriblər.
Məqalələrdə Seymur Nəsirovun müxtəlif fəaliyyətlərindən bəhs edərək bildirilir ki, o, xalqlar arasında, xüsusilə ərəb ölkləri ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm tövhələr vermişdir.
S.Nəsirov 2002- ci ildə Misirdə ikinci ali təhsilini bitirdikdən sonra, Misirdə təhsil alan xarici tələbələr üçün müxtəlif layihə və müəssisələr təsis edib. Onun rəhbərliyi altında hazırda dünyanın əksər ölkələrində yetişmiş mütəxəssislər vardır.
Qeyd olunur ki, S.Nəsirov Misirdə müxtəlif elmi, mədəni və ictimai fəaliyyətləri ilə insanların təqdir, hörmət və ehtiramını qazanmışdır. Bu fəaliyyətlərin nəticəsi olaraq müxtəlif ölkələrdən mükafatlara layiq görülmüşdür.
Qeyd edək ki, Seymur Nəsirovun Misirdə təsis etdiyi təşkilatlardan biri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 57 ölkədən 600-dən çox gənc ödənişsiz təhsil alır.

Sabaha-inamla.az



Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər