Lahiyənin əsas məqsədi XQƏ-də işçilərin bacarıq və qabiliyyətini artırmaq, təhlükədə olan quşlar haqqında real məlumat əldə etməkdir. Ətrafda yaşayan əhalini təbiəti mühafizə işinə cəlbetmə tədbirləri də nəzərdə tutulmuşdur.
Bu lahiyə Xüsusi Qorunan Ərazilərdə təhlükədə olan quş növlərinin sayğısının aparılması proqramının bir hissəsini həyata keçirməyə, quşların sayğısı onların dəqiq sayını, çoxalma-azalma terndlərini və digər xüsusiyyətlərini öyrənməyə imkan verir. Bu lahiyə Azərbaycan Qırmızı Kitabına düşmüş və Beynəlxalq Təbiəti Mühafizə Birliyinin Qırmızı Siyahısına (Dünya üzrə Qırmızı Siyahı) olan imperator qartalı, qara kərkəs, mərməri cürə və ağgöz dalığıc növlərinin qorunmasında böyük rol oynayacaq. Həmçinin Azərbaycan Qırmızı Kitabına düşən turacın, ağbaş kərkəsin, ağkərkəsin (leşyeyənin) və digərlərinin qorunmasında kömək olacaq.