Bütün xəbərlər
Deputat Könül Nurullayeva vətəndaşların müraciətlərini dinləyib
Tarix: 27-05-2024 15:12 | Bölmə: Sosial

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Elşən Süleymanov 135 və 137 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında asfalt örtüyünün yenilənməsi, ağaclara aqro-texniki qulluğun göstərilməsi, məhəllənin abadlaşdırılması, istilik sisteminin yenilənməsi, ailə-məişət problemindən əziyyət çəkən vətəndaşlara dəstəyin göstərilməsi, daşınmaz əmlakın sənədləşdirilməsi, işlə təmin olunma və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır.

Millət vəkilinin qərargahından Sabaha-inamla.az-a verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.









Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər