Bütün xəbərlər
Macarıstan Ukraynaya yeddi şpris və beş süni nəfəs aparatı ilə kömək edəcək
Tarix: 24-05-2024 23:23 | Bölmə: Sosial

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Macarıstan hakimiyyəti Kiyevə pulsuz yardım olaraq 5 süni nəfəs aparatı və 7 nasos şprisi verəcək, yük 60 gün ərzində Transkarpatiyaya çatacaq.
“Həmrəylik əlaməti olaraq Macarıstan Ukraynadakı humanitar böhranın aradan qaldırılması üçün ianə edir”, – rəsmi qəzetdə dərc olunan fərmanda deyilir.
Bu növ yardımın ötürülməsinə cavabdeh Macarıstanın daxili işlər naziri və xarici işlər naziri təyin edilib.
Ukraynada münaqişə başlayandan Macarıstan Rusiyanın enerji resurslarına qarşı sanksiyalara və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün silah göndərilməsinə qarşı çıxıb. 2022-ci ilin martında Macarıstan parlamenti Kiyevə ölkə ərazisindən silah göndərilməsini qadağan edən fərman verib. Budapeşt sülh danışıqlarının tezliklə aparılmasının tərəfdarı olduğunu dəfələrlə qeyd edib.



Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər