Bütün xəbərlər
Fujinin mənzərəsini 20 metrlik qara ekran əngəlləyib
Tarix: 21-05-2024 11:31 | Bölmə: Sosial

Yaponiyanın Fujikavaquçiko şəhərində çoxlu turist axını səbəbindən Fuji dağının mənzərəsini əngəlləmək üçün xüsusi ekran quraşdırmaq qərarına gəliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli sakinlər durmadan orientir fonunda gözəl şəkillər çəkdirmək istəyənlərdən şikayətlənirdilər. Turistlərin qoyduğu zibillər, qanunsuz park edilmiş avtomobillər və davamlı sidik qoxusu insanları bezdirib.
Turist izdihamı adətən dağa gözəl mənzərə təqdim edən stomatoloji klinikanın qarşısındakı piyadalar üçün nəzərdə tutulmuş əraziyə toplaşırdı. Nəticədə bu məkanda hündürlüyü 2,5 metr olan işıq keçirməyən torlu parçadan hazırlanmış 20 metrlik ekran quraşdırılıb.
Fuji dağı Yaponiyanın üç müqəddəs dağından biridir. 2013-cü ildə mədəniyyət obyekti kimi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.


Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər