12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Mənzil-kommunal təsərrüfatı və energetika naziri polis tərəfindən saxlanılıb
Tarix: 20-03-2024 13:18 | Bölmə: Sosial

Novosibirsk vilayətinin qubernatorunun administrasiyası vilayət naziri Denis Arxipovun saxlanılması faktını təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, çərşənbə günü Novosibirsk vilayətinin mənzil-kommunal təsərrüfatı və energetika naziri 47 yaşlı Denis Arxipov polis tərəfindən saxlanılıb. Bu faktı qubernator administrasiyasının və vilayət hökumətinin informasiya siyasəti şöbəsinin rəhbəri Sergey Neşumov da təsdiqləyib.
Bütün digər suallarla bağlı Neşumov jurnalistlərə Daxili İşlər Nazirliyinin Baş İdarəsinə müraciət edib. Denis Arxipov 2018-ci ilin payızından regional nazirliyə rəhbərlik edir. Onun saxlanmasının səbəbləri və şəraiti dəqiqləşdirilir.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər